Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər verdiyimiz kimi, ötən gün Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib.
Xəzər rayonu, Binə qəsəbəsində diametri 219 mm və 76 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Cavanşir küçəsində d325 mm-lik qaz xəttində və Yasamal rayonu, Yeni Yasamal ərazisində d530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədi ilə 29.02.2024-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Avropa Parlamenti Avrop İttifaqını Azərbaycana qarşı dərhal sanksiyalar tətbiq etməyə və strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunu dayandırmağa çağıran qətnamələr qəbul edib.
Nazirlər Kabineti “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı 2023-cü il ərzində normativlərə uyğun fəaliyyət göstərməyən 93 obyektin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb.