Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Süni intellekt sahəsindəki inkişaflar bəziləri tərəfindən narahatlıq doğursa da, yenə də texnologiya şirkətlərinin prioriteti olaraq qalır. Hətta bu məsələdə populyar şəbəkələrin də varlığının təhlükə altında olduğu iddia edilir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 15-ci Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert ilə görüşüb.
“Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir”.
“Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Jozep Borrel - red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”.
Günəşdə tac dəliyi kimi tanınan nəhəng qaranlıq ləkə peyda olub. İndi bu qırılma birbaşa Yerə yönəlib və kosmik külək kimi tanınan planetimizə qeyri-adi sürətli radiasiyanın güclü axınları səpələyir.
Hesablama Palatası 2023-cü il üçün İş Planı əsasında Elm və Təhsil Nazirliyinin, eləcə də qurumun təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin (İdarə) 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi üzrə auditini aparıb, nöqsanlar aşkar edib.