2023-də yüksək vəzifəsini itirənlər... - Və bəxti üzünə gülənlər
Ötən illərdə olduğu kimi, bu il də Azərbaycanda kadr islahatları davam etdirildi. Başa çatmaqda olan 2023-cü ildə bir sıra mühüm vəzifələrdə dəyişikliklər oldu. Kimisi birdəfəlik məmurluqla vidalaşdı, kimisi isə başqa vəzifəyə təyinat alaraq dövlət qulluğunu davam etdirdi.