Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Artıq müxtəlif mağaza və ticarət mərkəzlərində şam ağacları və bəzək üçün olan aksessuarların satışına başlanılıb. Mütəxəssislər bildirir ki, yeni il ağacı alanda diqqətli olmaq lazımdır. Bəzi şam ağacları insan sağlamlığı üçün təhlükəli ola bilər. Buna səbəb onların təhlükəli materiallardan hazırlanmasıdır.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.