Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bu il aprelin 20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib. Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb.
Baş prokurorluğun vəsatəti əsasında Belarus Respublikası Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlzamin Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub.