Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan danışıqlarda Rusiya kənd təsərrüfatı məhsullarının digər ölkələrə tədarükü üçün tranzit ölkə kimi Türkiyəni təklif edə bilər.
Sentyabrın 27-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə yerin təkinin istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.
Rusiya İstintaq Komitəsi avqustun 27-də “Vaqner” muzdlu döyüşçü şirkətinin başçısı, 62-yaşlı Yevgeni Priqojinin və “Embraer 600” təyyarəsinin ekipajında olan digər 9 nəfərin cəsədlərinin tibbi ekspertlər tərəfindən tanındığını elan edib. Təyyarə dörd gün öncə Moskvanın şimalında yerləşən Tver bölgəsində müəmmalı şəraitdə qəzaya uğrayıb.