!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin qərbyönümlü Paşinyana nə qədər dözəcək? - Orxan Camal ilə müsahibə

!Reklam – Yazi

Tanınmış jurnalist, Yaxın Şərq üzrə ekspert Orxan Camal Türkiyədəki seçkilər, İran və Rusiya münasibətləri, Yaxın Şərqdəki vəziyyət və bir sıra digər geosiyasi məsələlər haqqında Yenicag.ru-ya müsahibə verib.

“Türkiyə seçkilərə hazırlaşır. Eyni zamanda, qardaş ölkə Mənbic məsələsində ABŞ-la razılığa gəlməyə bacardı. Necə fikirləşirsiz, bu addım Ərdoğanın seçkilərdə qələbəsinə təkan verəcəkmi?” sualını cavablandıran ekspert qeyd edib ki, Ərdoğan ABŞ və Rusiya arasında kifayət qədər məharətlə manevr edə bilir:

“Biz bunu son hadisələrdə daha qabarıq şəkildə görürük. Məsələn, Türkiyə belə bir mövqe ortaya qoydu ki, əgər ABŞ bu ölkəyə F-35 təyyarələrini satmasa, o zaman onlar Rusiyadan SU-57 təyyarələrini alacaqlar.

Bunun fonunda Ərdoğan Vaşinqtona bildirdi ki, əgər Suriya məsələsində ABŞ-la razılığa gəlinməsə, Türkiyə Rusiya ilə razılaşacaq. Əlbəttə, bütün bunlar onun seçkiqabağı kampaniyasında müəyyən rol oynayır. Uğurlu xarici siyasət seçkilərə təsir etməyə bilməz”, – deyə ekspert fikrini yekunlaşdırıb.

“Paşinyanı qərbyönümlü siyasətçi adlandırmaq olarmı? Əgər elədirsə, o zaman Ermənistan Rusiyanın təsirindən çıxmış sayılır?” sulanına Orxan Camal belə cavab verib:

Əgər Sarkisyanla Paşinyanı müqayisə etsək, ikinci daha çox qərbyönümlüdür – bu açıq-aydın görünür. Amma buna baxmayaraq, Putin bu fiqurun qarşısında durmamağa qərar verdi. Görünür, hələlik Ermənistan hökumətinin başçısı qismində qərbyönümlü fiqurun olması Rusiyanı o qədər də qıcıqlandırmır. Amma Rusiyanın bu vəziyyətə nə qədər dözəcəyi hələlik aydın deyil. Çünki yaxın keçmişdən buna dair nümunə gətirə bilərik, məsələn, Saakaşvili məsələsi. Saakaşvili də eynilə küçə aksiyalarının köməyi ilə hakimiyyətə gəlmişdi. Hətta o zaman İvanov faktiki olaraq, Gürcüstana getmiş və Saakaşviliyə dəstək göstərmişdi. Sonrası isə hamıya məlumdur…”

Maraqlı müsahibəni tam olaraq Yenicag.ru-dan oxuya bilərsiniz.

Zaur H.

 

www.yenicag.az

3109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv