Reklam: High Technic
hightechnic

Putinə qarşı “Dördlər ittifaqı”

Avropa İttifaqının üç böyük ölkəsi ABŞ-la birlikdə Moskva hakimiyyətindən izahat tələb edir.

Yenicag.az xarici KİV-ə istinadən bildirir ki, Rusiya və Böyük Britaniya arasında başlayan “agent böhranı” əhatə dairəsini xeyli genişləndirib. Qərb keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanın zəhərli qazla öldürülməsində birbaşa Putini günahkar hesab edir. Almaniya, Fransa və ABŞ isə bu məsələdə rəsmi Londonu dəstəkləyir. Rusiya isə ittihamları qətiyyən qəbul etməməklə birlikdə sərt bəyanatlar verir. İngiltərənin 23 rus diplomatı deportasiya etməsindən sonra Kremlin də müvafiq addımlar atacağını bildirib.

Son olaraq Fransa, Almaniya, İngiltərə ABŞ prezidenti Donald Trampla birgə Rusiyanı qınayaraq, ondan izahat tələb etməsi beynəlxalq arenada vəziyyəti olduqca gərginləşdirib.

Qeyd edək ki, Böyük Britaniyanın rəsmi dairələri problemlərinin Rusiya dövləti ilə yox, ilk növbədə Vladimir Putinlə olduğunu açıq-aşkar bəyan edib.

www.yenicag.az

816