Reklam

Reklam

Salyan şəhərində silsilə oğurluq edən rayon sakini saxlanılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Təbriz Xəlilbəyli küçəsi, ev 44-də qeydiyyatda olan və rayonun Arbatan kəndində yaşayan, 1996-cı il təvəllüdlü Həsənov Əliağa Rövşən oğlu Salyan şəhər sakini Tağıyev Mahmud Alıkişi oğlunun həyətindən 200 manat dəyərində 1 baş erkək xırdabuynuzlu heyvan oğurlayan zaman polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

İlkin dindirilmə zamanı məlum olub ki, Əliağa Həsənov bu il yanvarın 7-də Arbatan kənd sakini İmanov Vüqar İlqar oğlunun həyətindən dəyəri 350 manat olan “Volf” markalı velosiped, fevralın 7-də Arbatan kənd sakini Feyzullayev Feyzulla Səmədağa oğluna məxsus 350 manat dəyərində 1 baş qoç, martın 16-da isə yenə Arbatan kənd sakini, Hüseynov Rafael İman oğluna məxsus, hər birinin dəyəri 140 manat olan 3 baş xırdabynuzlu heyvan oğurladığı məlum olub.

Qeyd edək, ki, Rövşən Həsənov oğurluq etdiyi zaman qadın xalatından və gözünün rəngini dəyişmək üçün yaşıl linzadan istifadə edirmiş.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 687
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."