Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Qanunsuz aksiyaya görə bir nəfər saxlanılıb" - Nazirlik

Daxili İşlər Nazirliyi (DİN) Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxsin icazəsiz aksiya keçirməyə cəhd etməsinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusuna cavab olaraq bildirib ki, hadisə zamanı yalnız bir nəfər saxlanılıb:

“Bu gün axşam saat 18:00 radələrindən başlayaraq bir qrup şəxs Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Saat 20:00 radələrinə qədər MSK-nın nümayəndələri həmin şəxslərlə söhbət aparıblar. Lakin icazəsiz aksiyanın nümayəndələri MSK-nın izahedici söhbətlərini dinləməyiblər, öz qanunsuz hərəkətlərini davam etdiriblər. Belə olduğu təqdirdə MSK nümayəndələri ərazi üzrə polis orqanına müraciət ediblər.

Polis əməkdaşları hadisə yerinə gəlib, qanunsuz aksiyanın dayandırmalarını tələb ediblər. Polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq ediblər, lakin həmin şəxslər öz ictimai asayişin pozulmasına yönəli hərəkətlər etməyə cəhd ediblər.

Daha sonra polis əməkdaşkarı tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polisin qanunsuz tələbinə əməl etməyən bir nəfər saxlanılıb. Araşdırmalardan sonra da həmin şəxsin barəsində müvafiq tədbirlər görüləcək”. /Trend/

www.yenicag.az

477
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100