Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Qapıçı topu tutmalı idi" - Qurban Qurbanov

Reklam: Sinerji Pro

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Vorskla”ya uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Yenicag.az xəbər verir ki, təcrübəli çalışdırıcı məğlubiyyəti şərh edib:

“Biz də sizin kimi üzgünük. Qalib gəlməyi çox istəyirdik. Amma bizim üçün asan olmadı. Rəqib müdafiədə çox diqqətli oynadı. Buna baxmayaraq, xeyli sayda qol epizodlarımız oldu. Qapımıza gedən bir zərbə qolla nəticələndi. Belə oyunlarda futbolçular meydançada daha çox düşünməlidilər. Çalışmalıydıq ki, hücumlarımızı düzgün quraq. Oyunun gedişində də bunlar görünürdü. Rəqibin belə müdafiə olunduğunu bilirdik. Bəzi hücumlarımız alınırdı. Biz qol şanslarından istifadə edə bilmədik, rəqib bir vəziyyət yaratdı və yararlandı. Futbolçuların üzərinə getməyə dəyməz. Nə qədər çətin olsa da, bu oyunu unudub, qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Çünki təqvimimiz sıxdı”.

– Buraxılan qolda qapıçının, yoxsa müdafiə xəttinin səhvi çox idi?
– Qapıçını deyərdim. 30 metrlik məsafə olardı. Qapıçı bu topu tutmalı idi. İkinci hissədə əks-hücumda bizi tutsalar da, futbolçular imkan vermirdilər. Nə qədər diqqətli olsan da, rəqib 1-2 qol epizodu yaratmağa imkan tapır. Belədə də qapıçı daha çox diqqətli olmalı idi. Qol isə qapıçının səhvi idi. Amma belə səhvi ilk dəfə görmürdük.

– “Qarabağ” son illərin ən zəif avrokubok mövsümünü keçirir. Sanki “onurğa sütunu” da zəifləyib. Yay transferləri də zəif təsir bağışlayır. Razısız ki, komanda ötən illərlə müqayisədə oyun planında geriləyib?
– Onları nə qədər müdafiə etsəm də, nəticəyə görə, daha çox xoş sözlər deyə bilmərik. Amma, xüsusən də, milli üzvləri çox yorulurlar. 3 fərqli turnirdə iştirak edirlər. Heç də pis mövsüm keçirmirlər. Qara və Maksimin oyun sayı kifayət qədərdi. Bu, onların həm fiziki, həm də psixoloji hazırlıqlarının yüksək səviyyədə olmasını göstərir. Belə oyunlarda müdafiəçilərin səhvləri daha çox gözə çarpır. Amma onları qınaya bilmərəm. Desəm ki, az məşq edirik, qətiyyən belə deyil. Futbol dəyişilir. Məşqimiz olmadıqda belə teoriyalarımız, toplanışlarımız olur, rəqibin oyununu analiz edirik. Məğlub ola bilərik. Futbol elə peşədi ki, həvəsdən düşmək olmaz. Bizdən böyük klublar, futbolçular da uğursuzluq zolağına düşüb, sonra ordan çıxa biliblər. Düşünürəm ki, biz həmişə bir yerdə pis durumdan çıxmışıq. Futbolçularıma güvənirəm. Transferlərimizin oyunu bəzən alınır, bəzən alınmır. Yaratmaq istər-istəməz çətindi, nəinki dağıdıcı oyun göstərmək. Futbolçularımın yanındayam. Çalışmalıyıq daha yaxşı kollektiv göstərək.

– Halldorssonu dekabra qədər komandada görəcəyik?
– Bu günə qədər görmüsünüz. Qapıçı ən ağır mövqedi. Meydandakı 10 futbolçunu daim dəyişə bilirsən. Amma qapıçını dəyişmək əlavə itki deməkdi. Bu günə kimi bütün qapıçılara şans vermişik. Sabah Hannesi də, Şahruddini də qapıda görə bilərsiniz. Sadəcə, bu gün belə qərar vermişik

– Əvəzetmələr ümidlərinizi doğrultmudu?
– Nəticə dəyişməyibsə, deməli, özlərini doğrultmayıblar. Amma qol epizodlarına baxsaq, heç də pis çıxış etmədilər. Sanki 3-5 metrdən top qapıdan keçmədi. Hər bir futbolçuya güvənirəm. Sonradan meydana girənlər özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Hər birindən razı qaldım.

www.yenicag.az

3797
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100