!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” – “Arsenal” matçının hakimləri açıqlandı

!Reklam – Yazi

“Qarabağ”ın “Arsenal” ilə Bakıda keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçı üçün təyinatlar açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, oktyabrın 4-də  Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə olunub.

Matçın referisi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Daniele Doveri ilə Mixael Fabri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim olacaq.

Qeyd edək ki, görüş saat 20:55-də başlayacaq.

www.yenicag.az

1516
Ads
www.veteninfo.com
!Reklam – Arxiv