!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ ermənilərinin icmalararası dialoqa qarşı çıxmaları bir daha göstərir ki...” – Qabil Hüseynli

!Reklam – Yazi

“Böyük dövlətlər Ermənistanı sülhə məcbur etmək üçün İrəvana təzyiqləri artırmalıdırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Dağlıq Qarabağ ermənilərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun icmalararası dialoq təşəbbüsünü rədd etmələrinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təklifinə Xankəndindən əks reaksiya bildirilib.

Dağlıq Qarabağdakı separatçı rejimin sözçüsü David Babayan icmalar arasında dialoqun mümkün olmadığını bəyan etməklə yanaşı, Lavrovun diplomatik təcrübəsini də sual altına alıb:

“İndiyə qədər bu cür təmaslar olmayıb. Hamıya, o cümlədən Rusiya Xarici İşlər naziri kimi təcrübəli diplomata da aydındır ki, ictimai təmasların fərqli səviyyəyə köçürülməsindən söhbət gedə bilməz”.

Dağlıq Qarabağ ermənilərinin bu yanaşmasını Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, erməni separatçılarının belə bir mövqeyi münaqişənin sülh yolu ilə nizamlanması imkanlarına sarsıdıcı zərbə vurur:

“Qarabağın erməni icması təmsilçilərinin bu fikri əlbəttə ki, hiddət doğurur. Adam az qalır, sadə kəndli məntiqi ilə bu azğın erməniləri başa salsın ki, dünən yox, srağagün İrandan bu ərazilərə köçürülmüş babalarınız özləri ilə torpaq gətiriblər?

Həmin o bəyənmədikləri, qəbul etmədikləri azərbaycanlılar bu torpaqların əzəli sakinləri və sahibləridirlər. O zaman ermənilər kiçik Asiyanın müxtəlif ərazilərində veyillənirdilər.

Axı bütün dünya bilir ki, Dağlıq Qarabağdakı, o cümlədən, indiki Ermənistan ərazisindəki azərbaycanlılar ermənilərin həyata keçirdikləri soyqırımı nəticəsində yurd-yuvalarından didərgin düşüblər. Ermənilər bundan başqa, bizim on milyardlarla dollar dəyərində maddi sərvətimizi mənimsəyiblər.

Qarabağ ermənilərinin indi də icmalararası dialoqa qarşı çıxmaları onların ümumiyyətlə, münaqişənin sülh yolu ilə həllində maraqlı olmamalarının daha bir göstəricisidir.

Bir daha vurğulamaq istəyirəm ki, münaqişənin nizamlanmasında vasitəçilik edən böyük dövlətlər Ermənistanı sülhə məcbur etmək üçün İrəvana təzyiqləri artırmalıdırlar”.

Aqil Bəkir

www.yenicag.az

930
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv