Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağ müharibəsinin yeni şərtləri: "İrəvanı masaya oturtmaq üçün..." - Ekspert

Reklam: High Technic

Minsk qrupunun daha bir regional səfəri başa çatdı. Səfərin sonu olaraq həmsədrlər ortaq bəyanatla çıxış edərək, yenə də əvvəlki tək bayağı fikirləri səsləndirməkdə davam etdilər. Bəyanatda həmsədrlər tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhəddində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirtməyə çağırıblar.

Həmsədrlərin bu gəlişini Yenicag.az-a şərh edən politoloq Natiq Miri bildirdi ki, baş tutan bu səfərin siyasi nəticəsi olmayacaq. Bu fonda da həmsöhbətimizə görə hərbi əməliyyatların yenidən alovlanması an məsələsidir:

“ATƏT-in Minsk qrupu həmsədrlərinin son səfərindən konkret nəticələr gözləməyə dəyməz. Bildiyiniz kimi bu səfərlər mütəmadi xarakter daşısa da, bu günə qədər heç bir ciddi siyasi nəticə ilə başa çatmayıb. Həmsədrlər səfəröncəsi bəyan etdilər ki, bir növ regiondakı vəziyyəti öyrənmək istəyirlər. Ancaq 24 ildən sonra gəlinən qənaət yalnız regiondakı vəziyyəti öyrənməklə bağlıdırsa, bundan ciddi siyasi nəticələr gözləmək absurd olardı. O baxımdan düşünürəm ki, bu səfər müəyyən mənada cəbhə xəttindəki gərginliklə bilavasitə bağlı olub. Çünki hazırda həmsədrlər atəşkəsin qorunması, status-kvonun saxlanılmasında daha çox maraqlıdırlar, nəinki problemin çözümündə.

Ona görə də bu qənaətdəyəm ki, baş tutan səfərin heç bir siyasi nəticəsi olmayacaq. Yalnız yaxın zamanlarda münaqişə tərəflərinin xarici işlər nazirlərilə yeni bir görüş təşkil oluna bilər. Bu da əslində, növbəti vaxt itkisindən başqa bir şey deyil. Cəbhə xəttində vəziyyət sözün əsl mənasında gərgindir. Son hadisələr bir daha göstərir ki, hərbi əməliyyatların yenidən başlanması an məsələsidir. Böyük bir savaşın baş verməsinə gəldikdə, düşünürəm ki, bu istiqamətdə tələsmək doğru olmazdı. Doğrudur, müharibə hazırlıqları gedir. Çünki işğalçı tərəf Azərbaycana başqa bir seçim yeri qoymur. Qarabağ problemilə məşğul olan vasitəçi dövlətlər də bu cür qeyri-korrekt yanaşma ilə təbii ki, Azərbaycana başqa seçim yeri də qoymurlar. Ona görə də Azərbaycan intensiv hərbi təlimlər keçirir. Bu təlimləri bir növ mini müharibənin məşqi kimi də dəyərləndirmək olar. Ancaq düşünürəm ki, bütün təlimlərə rəğmən savaş hələlik qapıda deyil. Bunun üçün mütləq mənada həm regional, həm də qlobal səviyyədə mühit yetişməlidir ki, Azərbaycan öz torpaqlarını azad edərkən ən azından beynəlxalq təşkilatlar, qlobal güclər tərəfindən ciddi hərbi-siyasi təzyiqlərə məruz qalmasın. Çünki bu vəziyyəti nəzərə almadan savaşa başlamaq arzuolunan deyil. Hər bir halda lokal xarakterli hərbi əməliyyatların başlaması sözün əsl mənasında an məsələsidir. Hər an yeni bir aprel hadisəsi təkrarlana bilər. Bu kontekstdə yeni bir prosesin başladılması üçün hətta buna ehtiyac da var.

Azərbaycan yenə də strateji əhəmiyyətli bir neçə kənd və obyekti azad etməyə başlasa, əmin olun ki, beynəlxalq təşkilat və qlobal güclər Ermənistanı masa arxasına rahatlıqla oturda biləcəklər”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

661
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100