!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ münaqişəsinin həlli xristian dövlətlərinin inhisarında olmamalıdır” - Millət vəkili

!Reklam – Yazi

Qarabağ münaqişəsinin indiyə kimi ədalətli həllini tapmaması xristian həmrəyliyi faktoru ilə əlaqələndirilir.

Məsələ ilə bağlı Yenicag.Az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirli bildirib ki, münaqişənin həlli prosesinə nüfuzlu müsəlman dövlətlərinin cəlb edilməsinə ehtiyac var:

“Mən dünənki forumda çıxışım zamanı bu məsələyə toxundum ki, Qarabağ münaqişəsinin nizamlanması ilə yalnız xristian ölkələri məşğuldurlar. Yəni ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa, eyni zamanda, Azərbaycan ərazilərini işğal etmiş Ermənistan da xristian ölkələridirlər.
İşğala məruz qalan ölkə isə müsəlman Azərbaycandır. O baxımdan, Minsk qrupunun tərkibinə başqa müsəlman dövlətlərinin – Türkiyə, Qazaxıstan, yaxud da Pakistanın – cəlb olunmasının vacibliyini bildirmişdim.

Bu fikrimi ilk olaraq, onunla əsaslandırıram ki, müsəlman dövlətlərinin nizamlama formatına daxil edilmələri münaqişənin həllini sürətləndirməklə yanaşı, həm də dini sivilizasiyalar arasında yaxınlaşmanı, əməkdaşlığı gücləndirə bilər.

Doğrudur, indiki şəraitdə bu fikirlərin reallıq əmsalının çox aşağı olduğu deyilə bilər. Ancaq hesab edirəm ki, müasir dünyada sivilizasiyaların toqquşmasına deyil, onlar arasındakı əməkdaşlığa ehtiyac var.
Ancaq indiki formatın dəyişib-dəyişməməsindən asılı olmayaraq, Azərbaycan bütün hallarda öz ərazi bütövlüyünü bərpa edəcək. Buna heç kəsin şübhəsi olmasın”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

739
Ads
www.veteninfo.com
!Reklam – Arxiv