Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Qarabağ" rəhbərliyinin xoreoqrafiya eşqi - "Çelsi" ilə oyunda....

Reklam: Sinerji Pro

Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” “Çelsi” ilə ev oyununa xüsusi olaraq hazırlaşır.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, noyabrın 22-də baş tutacaq qarşılaşmada Ağdam təmsilçisi xoreoqrafiya nümayiş etdirməyi planlaşdırır.

İş burasındadır ki, xoroeqrafiya adətən azarkeşlərin ideyasına əsasən hazırlanılır. Maraqlıdır ki, “Qarabağ” rəhbərliyi şou nümayiş etdirməyi öz üzərinə götürüb. Məsələ ilə bağlı bu sahəylə məşğul olan şirkətlə artıq danışıqlar da aparılır.

Qeyd edək ki, “Qarabağ” rəhbərliyini xoreoqrafiya eşqinə düşməsi heç də əbəs deyil. Belə ki, “Sabah” qəzetinin yazarı Mevlut Tezelin “Qarabağ”la bağlı “en ezik kareografi” yazısı klub rəhbərliyini özündən çıxarmışdı. Hətta bununla bağlı son Azərbaycan çempionun icraçı direktoru Əmrah Çəlikəl də sosial şəbəkə vasitəsi ilə sözügedən qəzetə eyni tərzdə cavab vermişdi. Görünür, klub tərəfindən xoreoqrafiya sifariş verilməsinin səbəbi də məhz budur.

Təbii ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada belə bir şounun nümayiş etdirilməsini biz də istəyirik. Amma rəhbərlik onu da yaddan çıxarmamalıdır ki, xoreoqrafiya fanatların istəyi, onların ideyası əsasında yaranır.

www.yenicag.az

5130
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100