Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Qarabağ" - "Roma" matçı ilə bağlı rekord saxta çıxdı

Reklam: High Technic

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları arasında ən çox azarkeş Bakıda baş tutan “Qarabağ” – “Roma” matçında qeydə alınıb.

Yenicag.az xəbər verir ki, qitənin futbol qurumu bu oyunu 67,200 nəfər azarkeşin izlədiyini bəyan edib. Əslində isə bu matçı 57 min azarkeş izləyib. 67.200 isə satılmış biletlərin sayı olub. Məsələ burasındadır ki, UEFA meydan sahibi klubun oyunlar üçün satdığı bilet sayına istinad edib. Bu məlumat da UEFA-ya Ağdam təmsilçisi tərəfindən ötürülüb.

Məsələ ilə bağlı qarşılaşmanın keçirildiyi Bakı Olimpiya Stadionun mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanovaya müraciət etdik. Saytımıza açıqlama verən Sultanova məlumatımızı təsdiqləyərək, matçın 57 min nəfər tərəfindən izlənildiyini bildirib.

Belə çıxır ki, rekord “Qarabağ” – “Roma” matçında deyil, “Borussiya” (Dortmund) – “Real” oyununda qeydə alınıb. Çünki Almaniyadakı qarşılaşmanı 65.849 azarkeş izləyib.

Emin Səfərov

www.yenicag.az

8498
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100