Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ"ın Çempionlar Liqası macərası başa çatdı

Reklam: Sinerji Pro

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsindəki çıxışını başa vurub.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi qrupun son matçında “Roma”nın qonağı olub.

Oyunun ilk hissəsi qolsuz başa çatsa da, meydan sahibləri 53-cü dəqiqədə Dieqo Perottinin sayəsində hesabı açıb.

Qarşılaşma elə bu hesabla da başa çatıb.

Qrupun digər matçında isə “Çelsi” doğma azarkeşləri önündə “Atletiko”nu qəbul edib. Londondakı qarşılaşmanın 1:1 hesabı ilə başa çatmasından sonra İngiltərə və İtaliya təmsilçiləri 1/8 finala vəsiqəni təmin ediblər.

“Qarabağ” isə qrupu 2 xalla başa vurub.

Çempionlar Liqası
VI tur, C qrupu
5 dekabr

“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) – 1:0

Qol: Perotti, 53

Baş hakim: Tobias Ştiler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Zaydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu

“Roma”: Alisson Beker, Radya Nainqolan, Kevin Strutman, Dieqo Perotti, Edin Dzeko, Aleksandar Kolarov, Daniele de Rossi, Federiko Fazio, Alessandro Florenzi, Kostas Manolas, Stefan El Şaravi.

“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Riçard Almeyda, Əfran İsmayılov, Elvin Yunuszadə, Yakub Rzezniçak və Donald Gerye.

 

www.yenicag.az

5542
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS