Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qarabağın açarı Azərbaycan əsgərinin cibindədir” - Partiya sədri

“Qarabağın işğalına son!” adlı Uluslararası Qarabağ forumu davam edir.

Yenicag.az xəbər verir ki, ermənişünas alim Qafar Çaxmaqlı çıxışında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində 23 min ermənini məskunlaşdırdığını bildirib:

“Ermənistanın işğal etdiyi əraziləri Azərbaycana geri vermək fikri yoxdur. ATƏT-in Minsk qrupunun apardığı danışıqlar bizim başımızı qatmaq üçün vasitədən başqa bir şey deyil. Müharibənin olacağı qaçınılmaz kimi görsənir. ATƏT-in Minsk qrupu Azərbaycana Dağlıq Qarabağda referendum keçirilməsi məsələsini sırımaq istəyir. Hazırda ermənilərin çoxluq təşkil etdiyi ərazidə referendumun keçirilməsi Qarabağın itirilməsi deməkdir. Azərbaycanın haqqıdır ki, öz ərazilərində beynəlxalq hüquqdan istifadə edərək anti-terror əməliyyatları keçirsin. Qarabağ Azərbaycanın daxili məsələsidir”.

Forumda çıxış edən millət vəkili Tahir Kərimli Azərbaycanı işğal edilmiş ərazilərində anti-terror əməliyyatları keçirməyə çağırıb:

“İllərdir Azərbaycan torpaqları erməni işğalındadır və dünya təşkilatları susur. Əgər Azərbaycan bir qarış erməni torpağını işğal etsəydi, beynəlxalq təşkilatlar bir il də dözməzdi. Heç biz xalq olaraq da, təzyiqlərə dözə bilməzdik. Bizim Qarabağda anti-terror keçirməyə tam haqqımız var. Öz ərazimizdir. Son dövrlərdə gənclərimizin də orduya inamı xeyli artıb. Milli xarakterimizə geri qayıtmalı, Qarabağımızı azad etməliyik”.

KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında bildirib ki, 10 il bundan əvvəl Qarabağda anti-terror əməliyyatı aparılmasını təklif edib:

“Ancaq bu əməliyyat baş vermədi. Qarabağ probleminin həllinin açarı heç yerdə deyil. O açar Azərbaycanda, Azərbaycan əsgərinin cibindədir. Əsgərə əmr vermək lazımdır. Müharibə olarsa, qələbəmizə inanıram”.

Forum mövzu ətrafında digər iştirakçıların çıxışları ilə davam edəcək.

Səxavət Məmməd

www.yenicag.az

3365
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100