!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın sabiq futbolçusu “Səbail”də

!Reklam – Yazi

“Səbail” klubu qış fasiləsində ilk transferini reallaşdırıb.

Yenicag.az-a bu barədə paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. O, bildirib ki, Elvin Yunuszadə ilə 31 may 2020-ci ilə qədər müqavilə bağlanılıb.

27 yaşlı mərkəz müdafiəçisi ötən ilin oktyabrında Premyer Liqanın debütantı “Sabah”la müqavilə bağlasa da, baş məşqçi Elşad Əhmədovla problem yaşadığı üçün heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, E.Yunuszadə karyerası ərzində “Neftçi” (2011-2015) və “Qarabağ”ın (2015-2018) uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 3 oyun keçirib, 1 qol vurub.

www.yenicag.az

2149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv