!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qardaşının tabutundan qadın meyiti çıxdı…

!Reklam – Yazi

Türkiyənin Şanlıurfa bölgəsində qeyri-adi hadisə baş verib.

Yenicag.az bildirir ki, İzmirdən Şanlıurfaya göndərilən tabutun içində tamamilə başqa insanın nəşi yerləşdirilib. Qardaşını son dəfə görmək istəyən Bakır Asal tabutu açanda gözlərinə inanmayıb. O, yad bir qadın cənazəsi ilə üzbəüz qalıb. Hadisənin dəhşətindən sarsılan Asal aidiyyatı qurumlara şikayət edib.

Məlum olub ki, cənazələr Atatürk hava limanında dəyişik düşüb və Halil Asalın cənazəsinin olduğu güman edilən tabut əvvəlcə İzmirə, daha sonra isə Şanlıurfaya gətirilib.

Mərhumun yaxınları hadisədən çox qəzəbləniblər. Əgər Halil Asalın qardaşı son dəfə meyitə baxmaq istəməsəydi, heç vaxt bu məsələ aşkara çıxmayacaqdı. Buna görə də ailə bu işdə təqsiri olanların cəzalandırılmasını istəyir.

www.yenicag.az

2091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv