Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qəbələ” çempion oldu, UEFA Gənclər Liqasına vəsiqə qazandı

Reklam: Sinerji Pro

Bu gün Gənclər Liqasında 2017/18 mövsümünə yekun vurulub.

Yenicag.az xəbər verir ki, yarışın son günündə 27-ci turun bir qarşılaşması baş tutub. Liqanın liderləri “Qəbələ” və “Qarabağ” Sumqayıtda üz-üzə gəlib. Bu görüşədək eyni – 59 xala malik komandaların görüşündə “qırmızı-qaralar”ı heç-heçə də qane edirdi. Çünki şəxsi qarşılaşmalardakı (1:0, 2:2) üstünlük üzündən “Qəbələ”yə 1 xal da çempionluq üçün yetərli idi. Qızıl medallarla yanaşı, həm də UEFA Gənclər Liqasının Çempionlar yoluna vəsiqənin də taleyi həll olunan görüşə Famil Xəlilovun yetirmələri aşağıdakı “11-lik”lə başlayıb:

Əmrah Zülfüqarlı, Rüstəm Nuruyev, Vüsal Məsimov, Osman Soltanov, Faiq Hacıyev, İlkin Abdullayev (k), İdris İnqilablı, Abbas Ağazadə, Nicat Oruclu, Əli Sadıxov, Veysəl Rzayev.

“Qırmızı-qaralar”ın heyətində Sərxan Osmanov, İzzət Müştaqov, Elmir Tağıyev, Tunar Mütəllimov, Məhəmməd Abbaslı,Əli Mürsəlov, Arsen Ağcabəyov matça ehtiyat oyunçular skamyasından başlayıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən matçda qol vurulmayıb. Bu da “Qəbələ”yə qızıl medallar qazandırıb. Komanda buna məğlubiyyətsiz nail olub. 24 görüşdə 18 qələbə qazanan “Qəbələ” futbolçuları yalnız 6 matçda heç-heçə edib. “Qırmızı-qaralar” tarixində ikinci dəfə UEFA Gənclər Liqasında oynamaq hüququ qazanıb.

Görüşdən sonra yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. “Qəbələ”yə qızıl medallar və çempionluq kuboku təqdim olunub. Yarışın ən yaxşı bombaridiri adını “qırmızı-qaralar”ın hücumçusu Kamran Quliyev qazanıb – 22 qol.

www.yenicag.az

627
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS