!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralı ovlayan şəxs həbs edildi

!Reklam – Yazi

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, 2 ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ rayon polis şöbəsinə müraciət daxil olub.

​Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb.

Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib.

Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb.

Ondan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

www.yenicag.az

1943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv