Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

Reklam: High Technic

Azərbaycan Premyer Liqasının VI turunun son matçında “Qəbələ” doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edib.

Yenicag.az xəbər verir ki, matçın final fitindən sonra meydanda gərgin anlar yaşanıb.

Belə ki, “Qəbələ”nin futbolçuları arasında dava düşüb. Fariz Yusifovun final fitini səsləndirməsindən sonra Ruslan Qurbanov komanda yoldaşı Steven Monrozun üzərinə yeriyib. Legioner futbolçu isə ona yumruq atıb. Futbolçuların davası sonda Monrozun qırmızı vərəqə alması ilə nəticələnib.

Klubun vitse-prezidenti Fariz Nəcəfov əməkdaşımızla söhbətində məsələni araşdıracağını, intizamı pozan futbolçunu sərt şəkildə cəzalandıracaqlarını bildirib.

www.yenicag.az

1623
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM