Reklam

Reklam

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Qətər Dövlətinin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti arasında nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində iki tərəfli əlaqələrin mövcud vəziyyəti və həmin sahələr üzrə əməkdaşlığın inkişafı yollarının müzakirəsi məqsədilə görüş keçirib.

Görüşdə ölkəmizin nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri o cümlədən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi barədə qarşı tərəf məlumatlandırıldı və 2007-ci ildən tikintisinə başlanan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçən ilin oktyabr ayından işə düşdüyü, Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında tranzit ölkə kimi Azərbaycanın rolunu artırdığı diqqətə çatdırılıb. Həmçinin, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi üzrə aparılan işlər haqqında məlumat verərək, bu nəqliyyat dəhlizinin Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars Körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacağını bildirildi.

Ölkəmizdə beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri üzrə tətbiq olunan güzəştlər haqqında da həmsöhbətə məlumat verildi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 903
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."