!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qəzəbindən yerə-göyə sığmayan Elariz: “Salasan təpiyin altına, çırpasan…”

!Reklam – Yazi

Müğənni Elariz Məmmədoğlu qəzəblənib. O, səsi və sənəti olmayan müğənnilərin gündəmə gəlmək naminə hər vasitəyə əl atdıqlarını deyib.

Yenicag.az-a açıqlama verən müğənni əsl sənətkarların kənarda qalmasından gileylənib:

“Ustad sənətkar Yaşar Səfərovdan vokal dərsləri aldım, 5 il musiqi təhsilinə yiyələndim, Mədəniyyət və İncəsənət Universitetində oxudum, bəstəkarlıq istedadım var, rəqs edirəm, psixologiya ilə məşğulam. Amma nolsun, bu gün təhsil, istedad işə yaramır. Buna görə çox peşmanam. Səsi, təhsili, sənəti olmayan müğənnilər düşüb ortalığa, gündəmdə qalmaq üçün gah söyüş söyür, gah kimisə döyür, qalmaqal yaradır. Mənim kimi təhsilli, sənəti olan müğənnilər də kənardan durub baxır. Söz deyəcəksən, irad bildirəcəksən, deyəcəklər, “işi getmir, paxıllığımızı çəkir”. Danışmayacaqsan, belə tərbiyəsizlik, istedadsızlıq baş alıb gedəcək, ortada at oynadacaqlar. Ona görə də adam bilmir neyləsin”.

Sənətçi gündəmdə qalmağın yeganə yolunu da göstərib: “Bu gün mən Elariz Məmmədoğlu yeni mahnılarımla gündəmə gələ bilmərəm. Gərək kimisə söyəsən, salasan təpiyin altına, çırpasan, onda gündəmin olsun. Bu da mənlik deyil”.

Cəvahir

www.yenicag.az

5858
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv