Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Qılman doktor” qəza törətdi: “Əyləcin yerinə qaza basdım”

“Bozbaş Pictures”-ın “Qılman doktoru” İlkin Misgərlinin başına iş gəlib.

Yeniçag.az-a açıqlama verən aktyorun sözlərinə görə, o, təzə avtomobilini idarə edərkən, yüngül qəza törətdiyini deyib:

“Mən əvvəlcədən də demişdim ki, maşın sürə bilmirəm. Amma dostlar hədiyyə edəndən sonra öyrənmək məcburiyyətində qaldım. Xüsusi adam tutmuşam, mənə maşın sürməyi öyrədir. Qazancımın hamısı ona gedir (gülür). Bir-iki dəfə yüngül qəza da törətmişəm. Əyləc əvəzinə qaza basmışam. Bir dəfə də park etmək üçün maşını arxaya verəndə əzdim. Təcrübəsizəm, ondandır. Yeni başlayanda belə olur. Sağ olsunlar, yol polisləri mənə hörmətlə yanaşır. Onlardan narazılığım yoxdur”.

Qeyd edək ki, avtomobili ona “Bozbaş Pictures”in yaxın dostlarından biri hədiyyə edib. Hədiyyə olunan “Kia Rio” avtomobilinin ən son modelinin qiyməti 30 min manatdır.

Cəvahir

Loading...

www.yenicag.az

5571
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100