!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Qisas"la nəticələnən proses: Hansı şəraitdə şəhid vermişik və yüksəkliklərin önəmi nədədir? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Bir neçə gün idi ki Qarabağda gərginliyin olduğu sezilirdi. Hər iki tərəf vəziyyətin stabil olduğunu söyləsə də, alınan informasiyalar tam əksini deyirdi. Yaranmış gərginlik dünən məntiqi sonluqla yekunlaşdı.

Azərbaycan ordusu iki istiqamət üzrə – Sarıbaba və Qırxqız istiqamətində xüsusi əməliyyat keçirərək ərazini nəzarətə götürdü. İşğaldan azad edilmiş ərazilərdə mühəndis-istehkam işləri və təminat yollarının çəkilməsi prosesi davam edir.

Bunlar nəticədir. Gələk səbəbə…

Ermənistan tərəfi xeyli vaxtdır Azərbaycan tərəfinə verdiyi sözləri tutmamaq bir yana, uşaq bəhanələri ilə aldatmağa çalışırdı. Son dərəcə gülünc, məntiqsiz bəhanələrlə prosesi uzatmaq istəyirdi.

Üçtərəfli bəyanata əsasən, qanunsuz erməni silahlı dəstələri ərazidən çıxmalı idi. Məsələ ondadır ki, bunu nəinki görmədik, əksinə, qarşı tərəfin möhkəmlənmə işləri apardığını bilirdik. Məsələ təkcə erməni tərəfinin səngər qazması, mühəndis-istehkam işləri görməsində də deyildi. Adı “qanunsuz silahlı dəstələr” qoyulmuş erməni silahlıları komplektləşməkdə idi. Dünən Müdafiə Nazirliyinin təqdim etdiyi kadrlardan gördük ki, onlar qanunsuz silahlı dəstədən daha çox, hərbi hissədir, yəni peşəkar ordu səviyyəsinə gəliblər.

Bundan əlavə, Azərbaycan tərəfi üçtərəfli bəyanata və Rusiyanın vasitəçiliyilə əldə olunmuş razılaşmaların hamısına əməl edirdi. 3 il ərzində çəkməli olduğu Laçın dəhlizinə alternativ yolu da, demək olar ki, yekunlaşdırıb. Bu yolun təhvil verilməsi o anlama gəlirdi ki, Laçın şəhəri və dəhlizə görə sülhməramlıların nəzarətində olan bölgələr qısa zamanda Azərbaycana təhvil verilməli idi. Ancaq erməni tərəfi hər vəchlə bundan imtina edirdi. Hətta üçtərəfli bəyanatda 3 il göstərildiyini də bəhanə gətirirdi. Bəyanatda isə 3 ilin tamamında yazılmayıb, 3 il ərzində yazılıb. Bununla yanaşı, erməni tərəfi Laçını təhvil verməyəcəklərini də bəyan edirdi. Təbii ki, Azərbaycan tərəfi buna cavab verməli idi. Bu cavabın diplomatik variantı bitdiyi üçün əldə qalan yumşaq güc idi.

Azərbaycan tərəfi silaha baş vurmadan qarşı tərəfi yola gətirməyə cəhd edib. Azərbaycan ordusunun bəzi bölmələri boş olan mövqelərə çıxaraq qarşı tərəfə son xəbərdarlığını çatdırıb. Ancaq qarşı tərəf, separtçı rejimin “ordu”su bu xəbərdarlığa atəşlə cavab verib və nəticədə Azərbaycan ordusunun bir əsgəri şəhid olub.

Bu hadisədən sonra Azərbaycan ordusu iki istiqamətdə lokal əməliyyata start verib. Əməliyyat nəticəsində Sarıbaba və Qırxqız yüksəklikləri, ətraf yüksəkliklər Azərbaycan ordusunun nəzarəti altına keçib.

Maraqlıdır ki, postda duran erməni silahlılarının bir çoxunun muzdlu olduğu üzə çıxıb.

Bundan başqa, Azərbaycan ordusu PUA-lar vasitəsilə Yuxarı Oratax kəndində (xəritədə Ortakənd – red.) yerləşən artilleriya hərbi hissəsindəki D-30 toplarını məhv edib. Bu həmin hərbi hissədir ki, müharibə zamanı Tərtər və Bərdənin kəndlərini daim atəş altında saxlayırdı. Əslində, belə bir hərbi hissənin Qarabağda mövcudluğuna göz yumduğu üçün Rusiya sülhməramlıları da cavab verməlidir.

Əməliyyata gəldikdə…

Hesab edirəm ki, əməliyyat son dərəcə qüsursuz həyata keçirilib. Şəhidin əməliyyatdan öncə verildiyini nəzərə alsaq, əməliyyat itkisiz, Rusiya sülhməramlılarına xətər yetirmədən başa çatıb. Azərbaycan ordusu Qarabağ daxilində keçirəcəkləri əməliyyatlar zamanı mütləq rus əsgərini də nəzərə almalıdır və alıb da.

Bundan əlavə əməliyyatdan bir neçə gün öncə də yazılardan birində qeyd etmişdim ki, rus əsgərlərinə toxunmadan PUA-lar vasitəsi ilə, qarşı tərəfin hərbi obyektləri sıradan çıxarılmalıdır. Azərbaycan ordusu bunu son dərəcə peşəkarlıqla yerinə yetirib.

Qarşı tərəfdən ölən və yaralananların sayı rəsmi rəqəmlərdən xeyli fərqlənir. Buna səbəb postlarda muzdluların olmasıdır. Onlar rəsmi qeydiyyatda olmadıqları üçün rahatlıqla qeyri-döyüş şəraitində öldükləri bəhanəsini gətirə bilirlər. Ancaq əməliyyat zamanı hər postda bir neçə muzdlunun olaması aşkarlanıb.

Sarıbaba və Qırxqız yüksəkliklərinin əhəmiyyəti

Sarıbaba həm də Şuşanın bir kəndidir. Eyniadlı yüksəkliyin əldə edilməsi ilə Azərbaycan ordusu Laçın şəhərinə, ətraf kəndlərə və ən əsası, Xankəndidən gəlib Böyük və Kiçik Qaladərəsinə gedən yolu da, Laçına gələn yolu da, Laçın dəhlizinə çəkilmiş alternativ – Laçın dairəvi yolunun da başlanğıcına nəzarət edə biləcək. Sarıbaba yüksəkliyi Laçın dəhlizinin üzərində yerləşir. Bir də bunun əksini düşünək. Adıgedən yüksəklik qarşı tərfin nəzarəti altında olsaydı, erməni tərəfi Laçın dəhlizinə, Laçın dairəvi yolunun başlanğıcına və eləcə də Laçın şəhəri və ətraf kəndlərə vizual müşahidə apara biləcəkdi. Dolayısı ilə nəzarəti əllərində saxlayacaqdılar.

Əslində, bu əməliyyata Fərrux dağı əməliyyatının davamı kimi da baxmaq olar. Yüksəkliklərin əhəmiyyəti də son dərəcə oxşardır. Belə ki, Fərrux dağında erməni silahlıları otursaydılar, onlar Ağdam şəhərinə, ətraf kəndlərə tam nəzarəti həyata keçirəcəkdilər. Azərbaycan dövlətinin Ağdama investisiya yatırması sual altında olacaqdı və hər zaman risk daşıyacaqdı. Fərrux dağı Ağdam üçün nə dərəcədə önəmli idisə, Sarıbaba yüksəkliyi də Laçın və ərazidən keçən komunikasiyalar üçün o dərəcədə əhəmiyyətlidir.

Qırxqız yüksəkliyi Qarabağdakı ən vacib yüksəkliklərdən biridir. Həmin yüksəkliyə nəzarəti ələ keçirməklə Azərbaycan ordusu Xankəndiyə olan nəzarəti əhəmiyyətli dərəcədə artırmış olur. Xankəndi onsuz da Şuşadan vizual müşahidə altındadır. Qırxqız yüksəkliyi və ətraf yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsilə Xankəndi ətrafındakı həlqə bir qədər də daralmış olur.

Sülh müqaviləsi imzalanana qədər Qarabağda bu tip lokal əməliyyatların olması hər zaman gözləniləndir.

www.yenicag.az

663
Ads
www.veteninfo.com
!Reklam – Arxiv