Qışda kökəlməyinizin SƏBƏBLƏRİ

Soyuq havalarda çöldə keçirdiyimiz zamanın çox azalması nəticəsində daha az hərəkət etməyimiz, idman etməyə ara verməyimiz və televiziya qarşısında daha çox zaman keçirməyimiz kökəlməyə əsas səbəblərdən birini meydana gətirir.

Çoxlu şokolad və makaronun yeyilməsi

Yenicag.az xəbər verir ki, qış dövründə soyuq hava səbəbilə bədən istiliyinin təmin edilmə müddəti tez-tez aclıq hissi keçirməyə səbəb olur. Bununla yanaşı gün işığından daha az faydalandığımız üçün daha depressiv oluruq. Bu ruh halı bizi xüsusilə şokolad, şirin və makaron kimi karbohidrat tərkibli qidaları istehlak etməyə səbəb olur. Çox miqdarda şirin və karbohidratlı qidalara yönəlmək, davamlı bir şeylər yemək də çox kalori qəbuluna gətirib çıxarır.

Az miqdarda suyun içilməsi

Qış mövsümündə kökəlməyimizin bir başqa əhəmiyyətli səbəbi kifayət qədər su içməməyimiz ola bilər. İnsan bədəninin yarısından çoxu sudur, bu səbəbdən suyun hava qədər həyati dəyəri var. Sağlamlıq üçün ən çox ehtiyac duyulan qida elementi olan su, eyni zamanda maddələr mübadiləsinin nizamlı işinə, bədənin fiziki və kimyəvi fəaliyyətlərini düz yerinə yetirməsinə, beyin funksiyalarının problemsiz işləməsi sayəsində depressiya və yorğunluğun önlənməsinə və bədəndə yaranan toksinlərin atılmasına qatqı təmin edir. Bu təsirləri sayəsində də çəki idarəsi və arıqlamağa fayda verir. Bədənin maye ehtiyacı isə ortalama 3 litr qədər olur. Lakin bunun ən az 1,5 litri su olmalıdır. Unutmayın ki, içilən digər mayelər suyun yerini tutmur.

Yuxu nizamsızlığı

Qaranlıq uzun gecələr yuxu nizamsızlığına, daha az yatmağa və ya tez-tez oyanmağa səbəb ola bilir. Bu vəziyyət də gecə qidalanmağa yol açır. Bu səbəbdən yuxu saatlarını yaxşı planlamaq çəki idarəsində əhəmiyyətli bir rol oynayır.

D vitamini çatışmazlığı

Qış aylarında günəş işığından çox az yararlandığımız üçün D vitaminindən zəngin ton balığı, somon, yumurta, pendir, kərə yağı kimi qidaları süfrənizdən əskik etməyin. D vitamini bədənin kalsium və fosfor tarazlığını qoruyur, bu səbəbdən sümük bərpasını təmin edir, immun sisteminin yaxşı işləməsində əhəmiyyətli bir rol oynayır. Bundan əlavə, edilən işlərdə bədənində qeyri-kafi D vitamini olan kəslərdə çəki qəbulunun daha çox olduğu müəyyən edilmişdir.

COP29