!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qiymət artımı Şeyxi qəzəbləndirdi: “Tarif Şurasındakıları həbs etmək lazımdır”

!Reklam – Yazi

“Bir neçə məmur yığışıb o Şuraya, gecə “doğur”, gündüz də “göbəyini kəsirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

Rejissor marketlərdə qiymət artımından narahatlıq hissi keçirdiyini deyib:

“O, Tarif Şurası deyil, təhqir şurasıdır. O şuranı ləğv etmək yox e, oradakıları həbs etmək lazımdır. Səhər gedirəm marketə, baxıram ki, yumurtanın qiyməti 35 qəpik olub. Aptekdə 80 qəpiyə aldığımız “termometr” olub 3 manata. Satıcıdan soruşuram, bu yumurta niyə belə bahadır, deyir, biz neyləyək bizə nə deyiblər, onu da edirik. Bu yumurta da bəyəm benzinlə işləyir? Bu məmurlar xalqa qənim kəsilib. Bir dəfə yumurtanın qiyməti qalxmışdı, prezident göstəriş verən kimi qiyməti saldılar. Mən təqaüdlə dolanan adamam. Xəstə adamam, dərman almağa pulum yoxdur. Əgər belədirsə, vaxtilə çəkdiyim filmlərin faizini gətirib versinlər. Mənim də biznesim filmlərimdir. Xaricdə rejissorlar var ki, bir filmi ilə özünə vertalyot alır. Mən neyləməliyəm? Hər gün dava-dərmana nə qədər pul lazımdır. 8 aydır, xəstəliklə əlbəyaxayam, boğuluram, nəfəs ala bilmirəm”.

Cəvahir

www.yenicag.az

6747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv