Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qorxunc virusa PSİXOLOJİ ZƏRBƏ: “Bizdə buna hələ də zarafatla yanaşırlar” - AÇIQLAMA

“Səhiyyə Nazirliyi tərəfindən bu virusa qarşı dövlət səviyyəsində profilaktik tədbirlər həyata keçirməlidir”.

Bütün dünyanı təşvişə salan koronavirus gündəmin aktual mövzularından birinə çevrilib. Vəziyyətin ciddiliyini nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələri koronavirusun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə çağırıb.

Bəs görəsən, ölkəmizdə koronavirus əleyhinə görülən tədbirlər nə dərəcədə təsirlidir? İnsanlar arasında bununla bağlı psixoloji maarrifləndirmə işlərinə ehtiyac varmı?

Psixoloq Fərqanə Mehmanqızı Yenicag.az-a açıqlamasında bu mövzuya münasibət bildirib.

Onun sözlərinə görə, cəmiyyətimizdə koronavirus təhlükəsinə hələ də müəyyən qədər zarafatla yanaşılır:

“Koronavirus təhlükəsinə inam psixoloji durumla bağlıdır. Panik-atak keçirən şəxslər, obsessiv-kompulsiv pozuntusu və ya hər hansısa fobiyası olan şəxslər koronavirus təhlükəsini daha yaxından qəbul edirlər.

Ümumi olaraq, ölkəmizdə koronavirus təhlükəsi ilə bağlı psixoloji dəstək proqramı hazırlanarsa, vətəndaşlarımız bu proqrama ciddi yanaşmayacaq. Ona görə də dünya ölkələrində bu virusun yayılması vətəndaşlarımız üçün ciddi psixoloji problem yaratmır”.

Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 7 min 711 nəfər, ölənlərin sayı isə 170 nəfərə çatıb.

“2019-nCoV” infeksiyası Çinlə yanaşı, Cənubi Koreya, Nepal, Malayziya, Yaponiya, ABŞ, Fransa, Kanada və Avstraliyada da qeydə alınıb.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1426
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100