!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qoşulmama Hərəkatından Azərbaycana dəstək

!Reklam – Yazi

Aprelin 5-6-da Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən 18-ci Aralıq Nazirlər Konfransında qəbul edilmiş Yekun Bakı Sənədində Azərbaycanla bağlı bir sıra mühüm bəndlər və müddəalar öz əksini tapıb.

XİN-dən Yenicag.az-a verilən məlumata görə, sənəddə Qoşulmama Hərəkatının 5-6 aprel 2018-ci ildə Bakı nazirlər toplantısını mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan Respublikasının xalqına və hökumətinə təşəkkür ifadə olunur.

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Expo-2025-ə namizədliyi alqışlanır və yeganə Qoşulmama Hərəkatı üzvü olaraq Expo-2025-in Bakıda keçirilməsi üçün Azərbaycanın apardığı kampaniyaya uğurlar arzu edilir.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının 2019-cu ildə XVIII zirvə toplantısına ev sahibliyi etmək təklifi alqışlanılır və Qoşulmama Hərəkatı ölkələri bu zirvə toplantısında fəal şəkildə iştirak etməyə dəvət olunur.

BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə 7-ci Qlobal Forumunun nəticələri və bu forumda beynəlxalq təşkilatlar, BMT üzv dövlətləri və vətəndaş cəmiyyətinin fəal iştirakı qeyd olunur.

Azərbaycanın 2017-ci ilin dekabrında Asiyanın Ürəyi-İstanbul Prosesinin 7-ci nazirlər toplantısına ev sahibliyi etməsi təqdir olunur.

Nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq edirlər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırırlar.

www.yenicag.az

1609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv