Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Bakının mövqeyini xeyli gücləndirəcək” – Qabil Hüseynli

Reklam: High Technic

“Qoşulmama Hərəkatının Bakı Bəyannaməsi Azərbaycan diplomatiyasının mühüm uğuru kimi qəbul edilə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini dəstəkləməsini dəyərləndirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada nüfuzunun güclənməsindən danışarkən, ölkənin Qoşulmama Hərəkatına sədr seçilməsini və bu quruma daxil olan dövlətlərin dəstəyini əldə etməsini yüksək qiymətləndirib:

“Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur.

Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik.

Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir”.

Qabil Hüseynlinin sözlərinə görə, sözügedən qurumun ötən ay paytaxtımızda keçirilən 17-ci konfransında qəbul edilmiş Bakı Bəyənnaməsi mühüm yer tutur:

“Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin sırasına fərqli yanaşmalar olsa da, bu qurumun tərkibi çox genişdir. Hazırda hərəkatda 120-dən çox ölkə təmsil olunur. Həmin ölkələr özlərinin yaratdıqları Qoşulmama Hərəkatı vasitəsi ilə dünya siyasətində fəal oyunçu kimi çıxış etməyə çalışırlar.

Azərbaycan da bu hərəkata qoşulub və hal-hazırda qurumun sədridir. Qoşulmama Hərəkatının bu yaxınlarda Bakıda keçirilən 17-ci konfransında bir sıra mühüm qərarlar qəbul edildi. O qərarlar içərisində Bakı Bəyənnaməsi mühüm yer tutur.

Bakı Bəyənnaməsində həm Cənubi Qafqaz regionunda gərginliyin mövcudluğu pislənildi, bu gərginliyin aradan qaldırılması üçün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyi öz əksini tapdı.

Bu, Azərbaycan diplomatiyasının mühüm uğuru kimi qəbul edilə bilər. Azərbaycanın həmin təşkilata iki il müddətinə sədr seçilməsi rəsmi Bakının xarici siyasətdə əlinin xeyli möhkəmlənməsinə imkan yaradacaq”.

Politoloqun fikrincə, Azərbaycan Qoşulmama Hərəkatı vasitəsilə Dağlıq Qarabağ münaqişəsini BMT müstəvisinə çıxarmaq imkanına malıikdir:

“Azərbaycan Qoşulmama Hərəkatı adından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini BMT-də müzakirəyə çıxara bilər. Belə bir təşəbbüs olarsa, bu, böyük ehtimalla müsbət nəticələnər.

Nəzərə alınmalıdır ki, Qoşulmama Hərəkatı həm iqtisadi, həm də siyasi məsələləri diqqətdə saxlayır.

Zənnimcə, Azərbaycan Qoşulmama Hərəkatının potensialından yararlanmalıdır. Bu potensialdan ölkəmizin yaralı yeri olan Dağlıq Qarabağ probleminin həllində maksimum istifadə olunmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

4533
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM