Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Qurban Qurbanov: "Son saniyəyə qədər mübarizə aparacağıq"

Reklam: High Technic

“Birinci yeri təmin edən yaxşı komandaya qarşı oynayacağıq. Bizim xala ehtiyacımız var. Xüsusən böyük komandalara qarşı yaxşı oynamağa çalışmışıq. “Sevilya” da belə bir komandalardan biridi. Son saniyəyə qədər mübarizə aparacağıq. Çalışacağıq ki, yaxşı oyun göstərək”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində sabah qarşılaşacaqları “Sevilya” ilə oyundan əvvəl deyib.

Matç öncəsi mətbuat konfansında çıxış edən mütəxəssis sabahkı görüşlə bağlı danışıb: “İki il əvvəl “Atletiko” ilə səfərdə heç-heçə etmişdik. Amma hər iki komanda fərqli tərzdə oynayır. İstənilən halda yaxşı çıxış etməyə çalışacağıq. Maksim Medvedevin durumu yaxşıdı. Onun meydana çıxmaq ehtimalı böyükdür. “Sevilya” növbəti mərhələyə yüksəlmək haqda düşünməyən az saylı komandalardan biridi. Buna Bakıdakı oyunda da şahid olduq. Baş məşqçi və futbolçularının fikirlərindən də görünür ki, hücum futbolu nümayiş etdirmək istəyirlər. Rəqib dinamik futbol tərəfdarıdı”.

Qurbanov “Burdan sərfəli nəticə ilə qayıtmaq üçün hansı oyun üslubunda çıxış etməli olduğunuzu düşünürsüz” sualına belə cavab verib: “Bizim öz oyun üslubumuz var. İlk növbədə bundan əl çəkməməyə və istənilən rəqibə qarşı belə oynamağa çalışırıq. Ancaq bəzən durum fərqli olur. Çalışmalıyıq ki, “Sevilya”ya boşluq verməyək. Kreativ və sürətli futbolçuları var. Uğurlu nəticə istərdik. Bizim üçün vacib olan rəqibi düzgün dəyərləndirib, doğru oynamaqdı. Daha az səhv etməklə düündüyümüzə nail ola bilərik”.

“Həqiqəti deməli, reallığa baxmalıyıq – “Sevilya” istənilən rəqibə qarşı dominantlıq etmək istəyir. Bəzən öz futbolunu nümayiş etdirə bilmirsən, məcburən müdafiəyə çəkilirsən. Sabah intizamlı oyun göstərməyə çalışacağıq. Məni hər zaman bəzi futbolçuların optimal formadan uzaq olmaları narahat edir. Bu gün bu barədə düşünmürəm. Tam hazır olan oyunçuları meydana buraxacağıq” deyə baş məşqçi bildirib.

Qurbanov bildirib ki, oyunqabağı onu narahat edən xüsusi bir şey yoxdu: “Mahir Emreli və Dani Jİntana sıraya dönüb. Amma optimal formalarından uzaqdılar. Heyətdə dəyişikliklər ola bilər. İntizamlı oyun göstərməyə çalışacağıq. Bu gün məni narahat edən xüsusi bir şey yoxdu. Həmişə bəzi futbolçuların optimal formada olmaması məni narahat edib. Bəzən zədə, bəzən sıx qrafikə görə belə problemlə üzləşmişik. Belə rəqibə qarşı bütün heyətin optimal formada olmasını istərdim. Tam hazır olanları müydana buraxacağıq”.

www.yenicag.az


Paylaşılan Hostinq

1.49 ₼ -dan başlayan qiymətlərlə

* 5GB Disk Həcmi

* Limitsiz Trafik

* 1 Hesabdakı saytlar

* 5 Subdomen

* 10 E-poçt

Daha ətraflı məlumat üçün: https://hostimul.com/hostinq-almaq

221
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM