!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazan ayı başlayır: "Əslində, orucluq bəzilərinin iddia etdiyi kimi deyil" - İlahiyyatçı

!Reklam – Yazi

Sabah Azərbaycanda Ramazan ayı başlayır. Belə ki, təzə Ayın aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək. Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-da olacaq. İkinci qədr gecəsi aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), üçüncüsü aprelin 23-də və sonuncusu aprelin 27-də olacaq.

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında bildirib ki, Ramazan ayını sırf sahur və iftarla əlaqələndirmək düzgün deyil:

“Ramazan ayı 29 və ya 30 gündür. Ramazan təkcə yemək və içmək ayı deyil. Ramazan bir növ insanın özünü tərbiyələndirmək ayıdır. Çünki səhər, günorta və axşam yeməyi hər gün davam edən bir prosesdir. Bunun üçün xüsusi prosedura ehtiyac görülmür. Belə bir deyim var ki, iftar mütləq su, duz və ya xurma ilə açılmalıdır. Bu adət ərəblərdə mövcud idi. Əgər Peyğəmbər (s.a.s) hansısa Qərb ölkəsində yaşasaydı, iftarını həmin ölkənin ən məşhur meyvəsi ilə açardı. Bu baxımdan, xurmanı özəl meyvə kimi təqdim etməyə əsas yoxdur. Əslində, orucluq bəzilərinin iddia etdiyi kimi deyil.

Əksər şəxslərə görə, oruc tutmaq başqalarının keçirdiyi aclığı hiss etmək üçündür. Halbuki oruc tutmağın başlıca özəlliyi bizim məsuliyyətli olmağımız və digər insanlara qarşı həssas davranmağımızdır. Eyni zamanda, Ramazan orucu nizam-intizamlı həyat tərzinə öyrəşməyimizdir”.

Gülşən Şərif

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv