Reklam

Reklam

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyevin ən böyük hədəfi 200 metr məsafəyə qaçışda Avropa rekordu vurmaqdır.

Yenicag.az xəbər verir ki, bunu qardaş ölkə mətbuatına dünya çempionunun özü deyib.

Quliyev müsahibəsində bir daha Azərbaycandan Türkiyəyə gedişinin səbəbini açıqlayıb:

“Potensialımın çox böyük olduğunu görürdüm. Bunu gerçəyə çevirmək üçün çox çalışmalıydım. Məşq etmək üçün yer lazım idi. O vaxtlar Azərbaycanda bu, çox çətin idi. Xarici ölkələrə təlim-məşq toplanışlarına göndərmirdilər. Çox çətin vəziyyət idi. Buna görə də orada sağlam bir iş görə bilməyəcəyimi anladım. “Yaxşı bir yerə gedib, ölkə dəyişdirmək lazımdır” deyə düşündüyüm anda, ağlıma Türkiyə gəldi. Türkiyə olmasaydı, başqa bir ölkə də düşünə bilərdim. Düzü, başqa ölkələrdən də təklif var idi. İstəsəydim, dərhal məni dəvət edəcəkdilər. Amma ilk olaraq, Türkiyə ilə danışıqlara başladım”.

Ramil müsahibəsində Useyn Boltdan da söz açıb. Onun sözlərinə görə, yamaykalının karyerasını başa vurması 200 metr məsafəyə qaçışda boşluq yaratmayıb:

“Bolt çox güclü idi. Rəqiblərindən 2-3 qat üstünlüyü ilə diqqət çəkirdi. Amma indi bu məsafəyə qaçışda 15 yaxşı atlet var. Ümumi götürsək, eyni gücdəyik. Bunun üçün də yarışlar həyəcanlı keçir. Çünki kimin qalib olacağı əvvəlcədən bilinmir. Hamı çempionluq arzusunda olur ki, bu da çox maraqlıdı”.

Atlet müsahibəsi zamanı Londonda çempion olduğu zaman Azərbaycandan gələn təbriklərə də sevindiyini xatırladıb:

“Uğuruma azərbaycanlılar da çox sevindilər. Ordan xeyli təbrik aldım. Uğurumu çox müzakirə etdilər. Açığı, bunu gözləmirdim. Çempionluğumu pis qarşılasaydılar da, fərqi olmayacaqdı. Mən medal sevincimi yenə 2 bayraqla qeyd edəcəm. Amma çox gözəl oldu. Məni isti qarşıladılar və buna sevindim”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1417
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.