Ramil Usubov Türkiyənin ədliyyə nazirini qəbul edib – Yenicag.Az

Reklam

Reklam

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir müstəqillik qazandıqdan sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” fəlsəfəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçılarının səmimi, mehriban dostluqları, siyasi iradələri və qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

R.Usubov ikitərəfli əlaqələrin mövcud durumundan danışarkən rəhbərlik etdiyi qurumun qardaş ölkənin Daxili İşlər Nazirliyi ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.

2016-cı il iyul ayının 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir həmin olayların Azərbaycanda da böyük narahatlıq yaratdığını, dövlətçiliyə, demokratiyaya, xalqa, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətin respublikamızda şiddətlə qınandığını nəzərə çatdırıb. O, antikonstitusion əməllərin qarşısının alınması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində vəziyyətin qısa zamanda sabitləşməsindən, dost dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin getdikcə artmasından və beynəlxalq arenada nüfuzunun yüksəlməsindən məmnunluğunu ifadə edib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən nazir Əbdülhəmid Gül iki ölkənin müvafiq orqanları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 559
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."