!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramin Bayramlı vəzifəsindən azad olundu? – VİDEO

!Reklam – Yazi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.

Yenicag.az xəbər verir ki, Bakupost.az-a bu barədə məlumatlı mənbədən bilgi verilib.

Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. “Dəqiqləşdirib deyərəm” kəlməsi ilə kifayətlənib.

Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.

Xatırladaq ki, bir neçə gün öncə Yenicag.az Ramin Bayramlının sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən özünə 4 sot torpaq aldığı və orada dəbdəbəli villa tikdirdiyi barədə məlumat vermişdi.

Həmən villanın görüntülərini bir daha təqdim edirik:

www.yenicag.az

2719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv