Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.
Yenicag.az xəbər verir ki, Bakupost.az-a bu barədə məlumatlı mənbədən bilgi verilib.
Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. “Dəqiqləşdirib deyərəm” kəlməsi ilə kifayətlənib.
Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.
Xatırladaq ki, bir neçə gün öncə Yenicag.az Ramin Bayramlının sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən özünə 4 sot torpaq aldığı və orada dəbdəbəli villa tikdirdiyi barədə məlumat vermişdi.
Həmən villanın görüntülərini bir daha təqdim edirik: