Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.
Yenicag.az-a açıqlama verən Ramiz Məlik məhkəmənin təxirə salındığını deyib.
O həmkarı, “xalq artisti Məleykə Əsədova ilə barışacaqsınızmı” sualına sərt reaksiya verib:
“Nahaq yerə maraqlanırsınız, bu sizi niyə narahat edir? Lazım deyil, maraqlanmayın!”
Qeyd edək ki, xəbəri report yayıb.
Cəvahir