Reklam

Reklam

Rusiyalı rəqqasə Misirdən deportasiya edilir.

Yenicag.az xəbər verir ki, buna səbəb onun rəqs paltarıdır. Belə ki, Misirdə “Gawhara” ləqəbi ilə tanınan rusiyalı rəqqasə Yekaterina Andreyevanın gecə klublarından birindəki çıxışı müzakirə mövzusuna çevrilib. Onun geyiminin həddindən artıq açıq-saçıq olduğu bildirilib.

31 yaşlı rəqqasə, standartlardan kənar geyimləri ilə gənclərə pis nümunə olmaqda ittiham edilir. Həmçinin, onun Misirdə yaşamaq və fəaliyyət göstərmək üçün rəsmi icazəsinin olmadığı da deyilir.

Yekaterina Andreyeva isə bu ittihamları rədd edərək, geyimlərinin bir çox misirli rəqqasələrin kostyumundan fərqlənmədiyini vurğulayıb. Onun vəkili Muhammed Salih müvəkkilinin geyimlərinin Turizm Nazirliyi tərəfindən qoyulan qanunlara uyğun olduğunu və Andreyevanın Misirdə icazəli çalışan yeganə xarici rəqqasə olduğunu deyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7009
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.