Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rəşad Sadıqov: "Qarabağ" bizim yox, xalqın komandasıdır"  

Reklam: Sinerji Pro

Danimarka səfərindən uğurlu nəticə ilə qayıdan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az sizi təcrübəli müdafiəçinin müsahibəsi ilə tanış edir:

– Oyunun gedişində hansı hissləri yaşadınız?

– Bilirdik ki, bizi çətin səfər oyunu gözləyir. “Kopenhagen”in mərhələni keçmək üçün son dəqiqəyə kimi əlindən gələni edəcəyini anlayırdıq. Təcrübəli komanda idi və hər an təhlükəli ola bilərdi. Son dəqiqəyə kimi mübarizə apardıq və mərhələni keçən tərəf də biz olduq.

– Oyundan sonra Azərbaycan xalqı bu qələbəni bayram etdi…

– Hamıya təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqı olaraq bu nəticəni çox istəyirdik. Neçə illərdi ki, bunun üçün çalışırdıq, buna doğru gedirdik. Şükürlər olsun ki, sonda alındı. Özünüz də bilirsiz ki, keçən il liqanı çox üzgün şəkildə tərk etmişdik. Builki hazırlıqlar dövründə məğlubiyyətlər olurdu. Hətta insanlarda bizə qarşı inamsızlıq yaranmışdı. Amma biz birinci gündən bilirdik ki, nəticə qazanmaq üçün çox əziyyət çəkməliyik.

– Bu uğuru nəyə borclusuz?

– Komanda şəklində çox əziyyət çəkirdik. Düşündüyümüz transferlər alınmırdı. Qurban müəllimi təbrik etmək istəyirəm ki, transfersiz, çətinliklərlə baxmayaraq son nöqtəni qoyaraq, ÇL-ə düşdük. Elə şeylər var ki, çox adam hiss etmir. Qurban müəllim dünən bir neçə dəfə sistemi dəyişdi. Bu tip oyunlarda dəyişikliklər etmək böyük riskdir. Ancaq o, bunu etdi. Hətta ilk yarışda məğlub olsaq da, dedi ki, yaxşı futbol oynayırsız, biz mərhələ keçəcəyik və mən sizə inanıram. Nəticədə də biz buna nail olduq. Həqiqətən bu, tək bizim qələbəmiz deyil. Çünki “Qarabağ” xalqın komandasıdır. Biz də hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Son damla qanımıza qədər mübarizə apardıq ki, istəyimizə çataq.

– Hansı rəqiblə qarşılaşmaq istəyirsiz?

– Biz heç vaxt hansısa rəqibi istəməmişik və ya çəkinməmişik. Allah kimi qismət etsə, onlarla da oynayacağıq.

– İtaliya “İnter”i ilə görüşdən sonra demişdiz ki, bilmirəm mənim əlimə belə şans nə zaman düşəcək. Dünənki oyundan sonra nə düşündüz?

– Yolda çox şey haqda danışmışıq. Çox şeyləri yadımıza salmışıq. 5 saat yatmamışıq. Bizim yolumuz “Rosenborq”la oyundan başladı. Gələn ildən ÇL daha çətin olacaq. Biz də başa düşürdük ki, bir də belə fürsət olmayacaq. Şükürlər olsun ki, alındı.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

887
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100