Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Rəşadın qarşısını kəsməsəydilər, onun şalvarını çıxaracaqdı" - Aqil Abbas

Ötən gecə Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən “Arsenal” – “Qarabağ” matçında da ermənilər öz təxribatlarından qalmayıb.

Qondarma rejimin “bayrağı” ilə meydana daxil olan erməniyə Ağdam klubunun kapitanı Rəşad Sadıqov sərt təpki göstərib.

Məsələ ilə bağlı Yenicag.az-a danışan millət vəkili Aqil Abbas ermənilərin ilk dəfə təxribata əl atmadığını deyir:

“Oyunu izlədim. Bunların adətidir də. O vaxt “Atletiko”nun formasında “Odlar Yurdu Azərbaycan” yazılanda da gətirib qapının arxasında qondarma rejimin bezini asırdılar. Bir-iki oyundan sonra o əskini yığışdırdılar. İspan nə bilir ki, bu haranın bayrağıdır. Londonda da bunu bilməyə bilərlər. Ölkə deyil ki, bayrağını tanısınlar. O xuliqanlıq edib, meydançaya girdi, Rəşad qardaşım da üstünə getdi. Rəşadın qarşısını kəsməsəydilər, onun şalvarını çıxaracaqdı. Qara Qarayev də həmçinin. Rəşad ona tərəf gedən kimi it kimi qaçdı. Hər yerdə meydançaya girənlər olur. İngiltərədə stadionlar elədir ki, birinci sırada oturan adam hoppanıb meydançaya girir”.

Aqil Abbasın sözlərinə görə, “Qarabağ”ın avrokuboklara çıxışı ermənilərə göz dağıdır:

“Bu, ermənilər üçün gözdağıdır. O vaxt ermənilər “Artsax”la Avropaya getmək istəyirdi. Fuad Musayevin dönəmində AFFA ayağa qalxıb buna imkan vermədi. Bir çox siyasətçilərin görə bilmədiyi işi “Qarabağ” Çempionlar Liqasına, Avropa Liqasına düşməklə etdi. Dünyanın bütün yerlərində yazırlar ki, “Qarabağ”ın təmsil olunduğu Ağdam ermənilər tərəfindən işğal olunub”.

Emin Səfərov

www.yenicag.az

4420
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100