!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəvan Habiloğludan İNANILMAZ ETİRAF: "Dedi, özünü öldürmə, buna dəyməz... "

!Reklam – Yazi

Xalq artisti, ustad xanəndə Habil Əliyevin oğlu Rəvan Habiloğlu bir də əlinə mikrofon alıb oxumayacağını bəyan edib.

Yenicag.az-a açıqlama verən sənətçi mərhum atasını xatırlayaraq, ürəyini boşaldıb:

“Allah atama rəhmət eləsin. Həmişə musiqinin inkişafına xidmət edib. O vaxtlar bir dönəm yetişmişdi ki, hər kəs muğam oxuyanlara yuxarıdan aşağı baxırdı, onlara “çuşka” deyirdilər. Atam muğamın inkişafı naminə əlindən gələni etdi, bu məsələni dövlət səviyyəsinə qaldırdı. Sonradan muğama qiymət verildi, müsabiqələr keçirilməyə başlandı. İndi muğamatımız bütün dünyada tanınır. Hətta o muğam müsabiqələrində jüridə əyləşən həmin adamlar atama deyirdilər ki, özünü öldürmə, onsuz da xeyri yoxdur, sənin zəhmətinə dəyməz. Atam israrla o istəyinə çatdı”.

R. Habiloğlu efirlərə çıxmamasının səbəbini də izah edib:

“Dəfələrlə məni telekanallara dəvət edirlər, amma getmirəm, çünki bilirəm ki, o verilişlər mənim formatıma uyğun deyil. Demişəm ki, mən o verilişlərə çıxıb, əlimə mikrofon alıb oxumayacam. Arzuladığım o musiqi mühiti qalmaqal, şou, dedi-qodu, qeybət meydanına çevrilib. Mənim yaşım da o yaş deyil ki, kiminləsə qalmaqal edim. Daha qocalmışam”.

Cəvahir

Yenicag.az

www.yenicag.az

1321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv