!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin qızından KİNAYƏLİ ETİRAZ: “Yaxşı ki “Basqalı” Gürcüstanda yayımlandı, bizimkilər də...”

!Reklam – Yazi

“Təəssüflər olsun ki, illərdir bu barədə deyirəm, danışıram, amma heç bir iş görən yoxdur”.

Xalq artisti Aftandil İsrafilovun illər əvvəl bəstələdiyi və Azərbaycanın ən məşhur rəqslərindən biri olan “Basqalı” Gürcüstan telekanallarından birində səsləndirilib.

Lakin bununla bağlı paylaşım edən Bəhram Osmanovun yazdığına görə, gürcü telekanalında yayımlanan “Basqalı” erməni bəstəsi “Şalaxo” kimi təqdim olunub.

Xalq artisti Avtandil İsrafilovun qızı Həcər Ağayeva Yenicag.az-a açıqlamasında bu məsələdən məlumatlı olduğunu deyib:

“Xəbərim var. Yaxşı ki Gürcüstan efirində bu məşhur musiqi yayımlandı, bizimkilərin də yadına düşüb ki, “Basqalı” adlı rəqsimiz var.

Təəssüflər olsun ki, illərdir bu barədə deyirəm, danışıram, amma heç bir iş görən yoxdur. Bu əsərin müəlliflik hüququ olmalıdır ki, digər xalqlar da dəlil-sübutla “Basqalı”nın Azərbaycan musiqisi olduğunu bilsin.

Hazırda bu istiqamətdə işlərə başlanılıb. Mən atamın bu əsərinin müəlliflik hüququnu əldə edəcəyəm”.

Cəvahir

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv