Reklam: High Technic
hightechnic

“Rəy” Monitorinq Mərkəzi açıqladı: Kim nə qədər səs toplayıb?

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı “exit-poll”un nəticələrini açıqlayıb.

Yenicag.az-ın məlumatına görə, mərkəzin direktoru Rizvan Abbasov deyib ki, seçici fəallığı 72,3 faiz təşkil edib.

Nəticələrə əsasən İlham Əliyev 84.49 faiz, Qüdrət Həsənquliyev 3.72 faiz, Zahid Oruc 3.21 faiz, Sərdar Cəlaloğlu 3.04 faiz, Araz Əlizadə 1.65 faiz, Hafiz Hacıyev 1.57 faiz, Fərəc Quliyev 1.46 faiz, Razi Nurullayev 0.86 faiz səs qazanıb.

Sorğu 48 seçki dairəsində, 350 seçki məntəqəsində aparılıb.

www.yenicag.az

755