!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada Azərbaycan diaspor rəhbərinin oğlu da daxil olmaqla on azərbaycanlı SAXLANILDI – FOTO/VİDEO

!Reklam – Yazi

 

Xəbər verdiyimiz kimi, Qaraçay-Çərkəz Respublikasında avtomat silahdan atəş açan Azərbaycan diasporu nümayəndələrinin toyda iştirak edən övladları saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qaraçay-Çərkəz Respublikasının sosial şəbəkələri məlumat yayıb.
Sosial şəbəkələr yazır:

“Bildiyimizə görə, onların hamısı tikinti sənayesi ilə məşğuldur. Pul ordan gəlir.
Maşınlara baxın – Bentley Bentayga, BMW X7, Mercedes S və GL və s.
Azərbaycan gəncləri isə özlərini burada qərar qəbul edənlər kimi təqdim edirlər.

Eyni zamanda, videodakı insanların hamısı Rusiya vətəndaşlarıdır və onlardan heç biri hərbi qeydiyyatda deyil. Buna görə onlar artıq bir neçə cərimə alıblar.

Yəni Qaraçay-Çərkəz Respublikasının sakinləri Şimal Hərbi Dairəsinin problemlərini həll edib ölkənin maraqlarını müdafiə edərkən, buradakı diaspor nümayəndələri özlərini ağa kimi hiss etməyə başlayıblar”.

Məlumata görə, 18-26 yaş arası 10 nəfər saxlanılıb. Amma iş hələ açılmayıb.

Xuraman Etibarlı

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv