Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rusiyada “vor-zakonlar” azərbaycanlı məşhuru girov götürdülər - SON DƏQİQƏ - Eksklüziv

Azərbaycan toylarının bəzəyi, sazı başı üzərində fırladaraq ifa edən Aşıq Mübariz adam vurub.

mubariz1Yeniçağ.az-ın əldə etdiyi məlumata görə Odessada toyda olan aşıq vurduğu kişinin qohumları olan “vor-zakonlar” tərəfindən girov götürülüb. Hadisə ilə bağlı aşıqla çətinliklə də olsa əlaqə yarada bildik və o, xəbəri təsdiqlədi:

mubariz2

“Bu barədə nə tez xəbər tutdunuz? Özüm hələ o günün dəhşətindən ayılmamışam. Şənbə günü toyda idim, sazı başımda fırladanda yanımdakı kişiyə dəydi. Arxada dayandığı üçün onu görməmişdim. Kişi ağridan huşunu itirdi. Tez onu məclisdən çıxardıb, təcili yardım maşını çağırdılar.

mubariz3Ev yiyəsinin qohumu idi, həkim gələnə qədər onu özünə gətirə bilmədilər. Bir də gördüm ki, kişinin “vor-zakon” qohumları məni dartıb, direktorun otağına apardılar. Stulda oturdub, tapançanı başıma dirədilər. Dedilər, kişi özünə gəlməsə, qanın getdi. Allaha yalvardım ki, İlahi, möcüzə yarat, qürbətdə bunların əlində ölməyim. Allah üzümə baxdı, kişi özünə gəldi. Qorxudan ayaqlarım tutulmuşdu. Keçirtdiyim o stresdən sonra necə özümə gələcəm, bilmirəm”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

1506
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100