!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadakı "əbədi səfir" GERİ ÇAĞIRILIR: Polad Bülbüloğlunu kim əvəzləyəcək?

!Reklam – Yazi

Azərbaycan Xarici İşlər Nazirliyindəki son kadr islahatlarının, səfir dəyişikliklərinin Rusiyaya da sıçrayacağı bildirilir.

Yenicag.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 15 ildir Azərbaycanın Rusiyadakı səfiri vəzifəsini icra edən Polad Bülbüloğlu yaxın vaxtlarda geri çağırılacaq.

“Əbədi səfir”in geri çağırılmasının yubanmasına səbəb isə onun yerinə təyin ediləcək şəxslə bağlı müzakirələrin aparılmasıdır.

Belə ki, Bülbüloğlunun yerinə Moskvaya göndəriləcək şəxs kimi Azərbaycan Dillər Univeristetinin (ADU) rektoru, yazıçı Kamal Abdullanın adı çəkilir.

Ancaq yaşının 70 olması Kamal Abdullanın səfir təyinatında əngələ çevrilib. Lakin buna baxmayaraq, Moskva ilə sıx əlaqələri olan Abdullanın Rusiyadakı “dayaq”larının onun səfir təyin edilməsinə nail olacağı qeyd edilir.

Aqil Bəkir

www.yenicag.az

4328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv