Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiyadan agent problemini alovlandıracak açıqlama - Məsələni yarım qoymayacağıq - FOTO

Rusiya ABŞ-da agent olmaq iddiasıyla həbsdə saxlanılan Mariya Butinanın hüquqlarını qorumağa davam edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin verdiyi bəyanatda qeyd olunub.

“Biz bu həftə Mariyanı ziyarət etmək istəyirik. ABŞ rəsmilərinə onun azadlığa buraxılmasının vacib və qanuni olduğunu bildirəcəyik” – deyə Rusiyalı səfir bildirib.

Səfirliyin rəsmiləri qeyd ediblər ki, ABŞ Baş Prokurorluğu səfirlik əməkdaşlarının Mariya ilə həbsxanadakı görüşlərini də onun agent olması iddiasını sübut etmək üçün istifadə edir, bu görüşləri də məhkəməyə təqdim etdikləri sənədlərdə əks etdirirlər.

Səfirlik ABŞ-ın bu cür mühakimə yürütməyə davam edəcəyi təqdirdə, ABŞ Dövlət Departamentinə başqa bir bildiriş göndərəcəyini açıqlayıb.

Bazar ertəsi günü baş tutan məhkəmədə Butinanın ev həbsi istəyi rədd edilib.

Qeyd edək ki, 29 yaşlı Mariya Butina ABŞ-a 2016-cı ilin avqust ayında tələbə vizası ilə daxil olub və ABŞ universitetlərindən birində təhsil alıb. 2018-ci ilin may ayında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini bitirib.

Rus qadın iyulun 15-də Vaşinqtonda həbs olunub. ABŞ Ədliyyə Departamenti Mariyanı Amerika güc strukturlarına sızaraq məlumatları toplamqda və Rusiya kəşfiyyat orqanlarına ötürməkdə ittiham edir.

Xatırladaq ki, ABŞ xarici işlər naziri Mayk Pompeo iyul ayının 21-də verdiyi açıqlamada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon görüşməsi zamanı qarşı tərəfin Butinanın azad edilməsini tələb etdiyini söyləmişdi.

www.yenicag.az

1245
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS